Geri qayıt Çap et

Biləsuvarda moped minik avtomobilinə çırpıldı, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə ötən axşam rayon mərkəzinə yaxın ərazidə baş verib
.

Belə ki, İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.
Qəza nəticəsində mopedin sürücüsü və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıblar. Onlara müayinə olunaraq zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.