Geri qayıt Çap et

Biləsuvarda günəbaxan yığımı yekunlaşıb, bu il məhsul bol olub


Biləsuvar rayonlarında günəbaxan yığımı yekunlaşıb.

"Bilesuvarinfo"nun
məlumatına görə, Biləsuvar rayonunda cari ildə rayon üzrə 210,6 hektar sahədə günəbaxan bitkisi əkilib və sahələrdən 447 ton məhsul əldə olunub.

Ötən il isə bu rəqəm 129,8 hektara bərabər olub və sahələrdən 283,4 ton məhsul toplanıb.