Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi
Tədbirdə çıxış edən DAİM-in direktoru Nurəddin Quliyev insan hüquqlarının cəmiyyətdəki əhəmiyyətindən və dövlətin bu sahədə həyata keçirdiyi siyasətdən danışdı.
Həmkarlar İttifaqının sədri Mikayıl İmanov — əmək hüquqlarının qorunması və işçilərin hüquqi maarifləndirilməsi barədə fikirlərini bölüşdü.Sektor müdiri Elşən Musaayev — insan hüquqları ilə bağlı qanunvericilik və onun icra mexanizmlərindən bəhs etdi.
Tədbir zamanı iştirakçılara hüquqi məlumat kitabçaları təqdim olundu, sual-cavab sessiyası keçirildi və iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparıldı.
Bu cür təşəbbüslər regionlarda hüquqi savadlılığın artırılmasına və insan hüquqlarının qorunmasına böyük töhfə verir.