Biləsuvarda hərbi xidmətdən yeni gələn gənci maşın vurub – VİDEO
Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyatı hadisəsi baş verib.
"Bilesuvarinfo" xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomol yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Bəydili kənd sakini Tofiq Əliyev “Mercedes” markalə mikroavtobusla hərəkətdə olarkən kənd sakini 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Rauf oğlunu vurub.
Ağır xəsarətlər alan piyada sürücü tərəfindən rayon xəstəxanasına aparıb. Yaralı hazırda reanimasiya şöbəsinə yerləşdirilib
Qeyd edək ki, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.