Geri qayıt Çap et

Biləsuvarda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib - FOTO

Biləsuvar rayonunda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.

"Bilesuvarinfo"nun
məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində növbəti profilaktik tədbirlər keçirilib.

Tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan müxtəlif markalı 15 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.