Geri qayıt Çap et

Balış nənə haqq dünyasına qovuşdu

Biləsuvarın ən yaşlı sakini vəfat edib. 

"Bilesuvarinfo" xəbər verir ki, rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra bu gün ölüb.

Qeyd edək ki, 9 övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 102 yaşlı Əliyeva Balış Rüstəm qızı ötən il rəhmətə gedən Kubra Kazımovadan sonra Biləsuvarın ən yaşlı sakini idi.