Geri qayıt Çap et

Biləsuvarda internetin işində yaranan problem həll olunub

Biləsuvar rayonu ərazisində internetin işində yaranan problem həll olunub.

Bu barədə "Bilesuvarinfo"ya rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq internetdən normal istifadə etmək mümkündür.

Qeyd edək ki, bu gün rayon ərazisində 8 saat ərzində internetdən istifadə etmək çətinləşib.