Geri qayıt Çap et

Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planı”na uyğun olaraq rayonda ağacəkmə aksiyası və iməciliklər həyata keçirilir. 

"Bilesuvarinfo" xəbər verir ki, nöcbəti iməciliklərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisələrinin kollektivləri, təhsil, səhiyyə, mədəniyyət  müəssisələrinin əməkdaşları, icra nümayəndəlikləri, bələdiyyələr və ictimai təşkilatlar aktiv şəkildə iştirak edib.

Aksiya zamanı rayonun ayrı-ayrı ərazilərində, təşkilatların həyətlərində, park və küçələrdə təmizlik və abadlıq işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Müxtəlif növ ağaclar və gül kolları  əkilərək suvarılıb.

Qeyd edək ki, rayonda bu sahədə həyata keçirilən silsilə tədbirlər ekoloji vəziyyətin sağlamlaşdırılması ilə yanaşı, cəmiyyətdə də ekoloji mədəniyyət və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək məqsədi daşıyır.