Biləsuvar rayonuna prokuror təyin edilib.
"Bilesuvarinfo" xəbər verir ki, Baş Prokurorun müvafiq əmri ilə bu vəzifəyə
ədliyyə müşaviri Ramin Nəğdəliyev təyinat alıb. O, daha öncə Binəqədi Rayon Prokurorunun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokuroru olan
Camal Bağırov isə Balakən Rayonunun Prokuroru təyin olunub.