Qarabağ müharibəsi şəhidi İbadulla Dəmirovun atası vəfat edib.
"Bilesuvarinfo" xəbər verir ki, şəhid atası Ağabala Dəmirov bu gün, ömrünün 85-ci baharında haqq dünyasına qovuşub.
Biləsuvar rayon ictimaiyyətinin dəyərli ziyalılarından olan ağsaqqal Ağabala Dəmirov uzun illər polis orqanlarında çalışıb. Şəhid zabit oğlu, 1959-cu il təvəllüdlü İ. Dəmirov l Qarabağ müharibəsi zamanı şəhid olan ilk Biləsuvar rayon sakinidir. Rayonun Peşə Liseyi Qəhrəman şəhidimizin adını daşıyır.
Allah rəhmət eləsin.

Foto şəhid İbadulla Dəmirovun mövludunun 64 -cü ildönümü ilə əlaqədar atası Ağabala kişinin ziyarət zamanı çəkilib