Geri qayıt Çap et

Biləsuvar şəhərində "Kalaşnikov" tapıldı

Biləsuvarda "Kalaşnikov" avtomatı aşkarlanıb

Biləsuvar şəhəri, Melioratorlar yaşayış massivinin yaxınlığındakı çöl sahəsindən silah tapılması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.