Geri qayıt Çap et

Çameli bələdiyyəsinin sədri Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib

Qardaş Türkiyədən qonaqlar Biləsuvar rayonuna səfər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun sakini olduğu Əliabad kəndində olub. 

“Bilesuvarinfo” xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Dənizli vilayətinin Çameli bələdiyyəsinin sədri Cengiz Arslan və digər qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edərək, valideyinləri ilə görüşüb.
Görüş zamanı Mübariz İbrahimovun həyatı və ölməz qəhrəmanlığından söz açılıb, əziz xatirəsi yad edilib. Qonaqlar qəhrəmanın ev muzeyi ilə tanış olub.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ziyarətə görə qonaqlara minnətdarlığını bildirib.











+4









Bütün reaksiyalar:3535