Geri qayıt Çap et

Biləsuvarda içməli suyun verilişində 2 gün məhdudiyyət olacaq


Biləsuvar rayonunda içməli suyun verilişində 2 gün məhdudiyyət olacaq.

Bu barədə "Bilesuvarinfo"ya Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri ilə əlaqədar respublikanın bir sıra şəhər və rayonlarına, o, cümlədən Biləsuvar şəhərinə, magistral su kəmərinin marşrutu boyu yerləşən kəndlərə 9-10 sentyabr tarixlərində içməli suyun verilişində məhdudiyyətlər olacaqdır.