Geri qayıt Çap et

Biləsuvarda suötürücü keçidlər təmir olunur


Biləsuvar rayonunda suötürücü keçidlər təmir olunur.

Bu barədə "Bilesuvarinfo"ya Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Aşağı Cürəli kəndində əkin sahələrinin yaxınlığındakı şor kollektorlarında olan 3 ədəd suötürücü keçidin yararsız halda olduğu üçün yenisi ilə əvəzlənib.

Bundan əlavə Cənubi Muğan kanalının Ağalıkənd, Dərvişli və Zəhmətabad kəndlərindən keçən qollarında lildən təmizləmə işləri aparılıb.