Geri qayıt Çap et

Uşaqların mübahisəsi valideyinin bıçaqlanması ilə nəticələndi

Biləsuvar rayonunda bıçaqlanma olub. 

"Bilesuvarinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəbdində baş verib. 

Belə ki, sözügedən kəndin sakini Vasif  Məmmədov, rayonun Ağalıkənd kəndinin  sakini, 1983-ci il təvəllüdlü Abbasov Vasif Füzuli oğlunu bıçaqlayıb. 

Biləsuvar RMX-na çatdırılan, kürəyindən bıçaq zərbəsi alan yaralının həyati təhlükəsi yoxdur. 

Qeyd edək ki, hadisəyə səbəb, adı çəkilən şəxslərin övladları arasında olan yaranan mübahisənin olması deyilir. 

Faktka bağlı Bilısuvar RPŞ də araşdırma aparılır.