Geri qayıt Çap et

Rayonda 3 min abonentə təbii qazın verilişi bərpa edildi


M Ə L U M A T

Bildiririk ki, Lənkəran Regional Qaz İstismar İdarəsi tərəfindən Ovçubərə QPS-dən qidalanan 6 kənddə (Ovçubərə, Ağalıkənd, Yuxarı Cürəli, Amankənd, Dəvrişli və Aşağı Cürəli) 3 min abonenti təbii qazla təmin edən daşıyıcı qaz xəttində aparılan təmir-yoxlama işləri  30 may 2023-cü il tarixdə axşam saatlarında başa çatdırılaraq təbii qazın verilişi bərpa edilmişdir.