Xəbər verildiyi kimi, Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında güclü partlayış olub. Belə ki, hadisə binanın beşinci mərtəbəsində yerləşən mənzilə ana və iki övladı daxil olarkən baş verib."Bilesuvarinfo" xəbər verir ki, partlayışdan qısa müddət sonra dağıntılar altından uşaqlar
- Yusif Fərqan oğlu Əliyev və Yusif Fərqan oğlu Əliyev çıxarılıb. Uşaqların anası - Günay Əliyevanın axtarışı davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadın - Günay Əliyevanın cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.