Biləsuvar rayonunda kütləvi davanın görüntüləri yayılıb. “Biləsuvarinfo" xəbər verir ki hadisə Biləsuvar şəhərində yerləşən kafelərdən birində, bu ayın 11 - də olub.
V İ D E O
Şahidlərin sözlərinə kafede yeyib-içən iki qrup arasında yaranan mübahisə dava ilə nəticələnib. Onlar əlbəyaxa davada bir - birinə kafenin stulları ilə zərbələr endiriblər. Dava zamanı iki nəfərin ağır xəsarət aldığı bildirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, iki nəfərin xəsarət aldığı faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır: “Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.