Şəhidlərimizin xatirəsinin əbədləşdirilməsi məqsədilə Biləsuvar rayonunda yeni ünvanlarda evlərə xatirə lövhələri vurulub.
Mərasimlər zamanı şəhid valideynləri və doğmalarıları ilə görüşən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirmiş, dövlətimizin bundan sonra da şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını qeyd edib. 











