Bu gün səhər saatlarından etibarən Biləsuvar Kommunal Kommunal Müəssisələri kombinatı aidiyyəti qurumlarla birgə, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsini aparıblar.Biləsuvar Rayon İcra Hakimiyyətindən “Bilesuvarinfo”ya bildirilib ki, sakinlərin təhlükəsiz hərəkəti üçün qarın təmizlənilməsi həyata keçirilib : "İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində aidiyyəti qurumların rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Avtomobillərin və piyadaların hərəkəti üçün problem müşahidə olunmayıb. "
Qeyd edək ki, mərkəzi küçələrlə yanaşı, əhalinin rahatlığı üçün, rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələrininin giriş və çıxışları da qardan təmizlənib.