Geri qayıt Çap et

Biləsuvara ilk qar yağdı

Bu gün səhər saatlarından başlayaraq Biləsuvara ilk qar yağıb. Hazırda davam edən qarın hündürlüyü 3-5 sm olub.

"Bilesuvarinfo" xəbər verir ki, rayona qarın yağması özünəməxsus gözəllik yaradıb. 

Qarın yağması payızlıq əkin sahələri üçün də əhəmiyyətlidir. Belə ki, əkin sahələrində şaxtalı havalar ziyanvericilərin azalmasına və məhvinə səbəb olur. Bir müddətdən bəri davam edən  quraqlıqda  ziyanvericilərin taxıl zəmilərinə  zərəri artırdı. Onlar bu cür qarlı, şaxtalı havalarda tədricən azalır və məhv olur.