Biləsuvar rayonunda uşaqlar üçün tamaşa nümayiş olunub, tamaşada ənənəvi qeyd olunan digər bayramlarla müqayisədə daha çox uşaq iştirak edib.
Tamaşadan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və deputat Bəhruz Məhərrəmov çıxış edərək rayon sakinlərini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, uşaqlara dərslərində fəal olmağı və həyat yollarında uğurlar arzuladı. İcra başçısı uşaqların marağına səbəb olan “Şaxta babaya məktub” tamaşasının Biləsuvar rayonunda nümayiş olunmasında rolu olan hər kəsə təşəkkür edib.







