Geri qayıt Çap et

Sabah pambıq yığımı bayramı keçiriləcək

Sabah Biləsuvar rayonunda pambıq yığımı bayramı keçiriləcək. 

Rayon icra hakimiyyətindən "Bilesuvarinfo"ya verilən məlumata görə, tədbir rayonun Köhnə Əmənkənd kəndində baş tutacaq (saat 14:00).

Bayram tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, kəndlər üzrə icra nümayəndələri, kənd sakinləri, pambıq şirkətləri, fermerlər iştirak edəcək. 

Həmçinin tədbirdə kənd məhsullarının sərgi-satış yarmarkası təşkili olunacaq. 

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin musiqi kollektivi də iştirak edecək. 

Bayram tədbiri zamanı əl ilə, eləcə də texnika ilə pambıq yığımı həyata keçiriləcək.