Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov birinci Qarabağ Müharibəsi veteranları və şəhid ailələri ilə görüşüb."Bilesuvarinfo" xəbər verir ki, şəhid ailələri və veteranlarla görüşdə başcı F.Qürbətov onların qayğıları ilə maraqlanıb, qarşılaşdıqlar problemlər və narahat edən məsələlərlə bağlı onlarla söhbət aparıb.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.