Geri qayıt Çap et

Başçı sakinlərin müraciətlərini dinləyib

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayon sakinlərinin müraciətlərini dinləyib.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  qəbul zamanı müraciət edən 18 nəfər rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada  aradan qaldırılması istiqamətində göstərişlər verib. 

Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.