Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun əsgəri Zöhrab Kərimov dəfn edilib.
"Bilesuvarinfo" xəbər verir ki, şəhid Z. Kərimov doğulub, boya-başa çatdığı Biləsuvar şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

















