» » Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon üzrə sektor müdiri vəzifəsinə təyinat olub - FOTO


Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon üzrə sektor müdiri vəzifəsinə təyinat olub - FOTO

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon üzrə sektor müdiri vəzifəsinə təyinat olub.

"Biləsuvarinfo"
xəbər verir ki, Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Əliyev Mehman Fəyyaz oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon üzrə sektor müdiri vəzifəsinə təyin edilib.

Bu vəzifəyə təyin olunanadək o, Biləsuvar şəhər K.Ağayev adına texniki fənnlər təmayüllü internat tipli məktəb-liseyin rəhbəri olaraq fəaliyyət göstərib. 

Əliyev Mehman həmçinin 2006-2010-cu illərdə Səmədabad kənd orta məktəbində coğrafiya müəllimi, 2010-2019-cu illərdə M.İbrahimov adına Biləsuvar Təhsil kompleksində coğrafiya müəllimi və fənn üzrə koordinator vəzifələrində çalışıb.

Qeyd edək ki, Əliyev Mehman bakalavr təhsilini Lənkəran Dövlət Universitetində, magistr təhsilini Sumqayıt Dövlət Universitetində almışdır.

Mehman müəllimə uğurlar arzu edirik.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan