İsayev Rahət Rafət oğlu 2000-ci ilin dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 27 sentyabrda başlayan böyük Vətən müharibəsinin ilk günlərindən Füzuli Xocavənd döyüşlərinin demək olar ki, hamsında iştirak edən İsayev döyüş yoldaşları və komandirlərin sevimlisinə çevrilir və manqa komandiri təyin olunur.
Noyabrın 1-də Xocavənd istiqamətində Şiştəpə və digər yüksəkliyinin alınmasında iştirak edib. 2 Noyabr 2020-ci ildə Rahət İsayev və döyüş yoldaşları Müdafiə Nazirinin Müavini Kərəm Vəliyev tərəfindən şəxsən təltif olunub və xatirə şəkilləri çəkilib. Bir-iki gün sonra Xocavənd istiqamətində gedən döyüşlərdə bu qəhrəman komanda düşmənin güclü müqavimətinə qarşılıq sona qədər döyüşüb və qəhrəmancasına şəhid olublar. Ölümündən sonra Vətən uğrunda və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olubub. Qəhrəman şəhid Rahət İsayev 18 Noyabr 2020-ci ildə doğulduğu Əliabad kəndində dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət etsin.