Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » "Qanlı dairə"yə işıqfor quraşdırılacaq?


"Qanlı dairə"yə işıqfor quraşdırılacaq?

29 iyun 2022, Çərşənbə
1 941
0
Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunu Biləsuvar şəhərinə birləşdirən hissəsindəki dairəni sürücülər "Qanlı dairə" adlandırırlar.

Bu barədə "Biləsuvarinfo"ya sürücülər danışıb.


Onlar bunun səbəbini yolun bu hissəsində baş vermiş çoxsaylı qəzalarla əlaqələndiriblər:
"Demək olar ki, hər həftə bu ərazidə ən azı bir ağır qəza baş verir. Yolun bu hissəsində heç kim bir birini gözləmir. Nəticədə də ağır yol qəzaları baş verir. Yolun bu hissəsinə işıqfor quraşdırılmasını aidiyyəti orqanlardan xahiş edirik".

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə digər şəhər və rayonlarda olduğu kimi Biləsuvarda da yeni yol nişanlarının və işıqforların quraşdırılması, zolaqların çəkilməsi təmin edilir. Onun sözlərinə görə, sözügedən əraziyə də Biləsuvar RPŞ-nin və aidiyyatı qurumun əməkdaşları tərəfindən baxış keçiriləcək və müvafiq qərar qəbul ediləcək.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan