» » Bu gün tibb işçilərinin peşə bayramı günüdür


Bu gün tibb işçilərinin peşə bayramı günüdür

Tibb işçisi peşəsi xeyirxahlıq, peşəkarlıq və mərhəmət tələb edən bir işdir. İnsan üçün çox qiymətli, ən böyük sərvət - sağlamlığının keşiyində  tibb işçiləri durur.

"Bilesuvarinfo" xəbər verir ki, ümummilli lider Heydər Əliyev səhiyyə işçilərinin xüsusi əməyini dəyərləndirərək onlar üçün peşə bayramı günü təsis edib.

Belə ki, 2001-ci il iyunun 4-də imzalanan Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı günü kimi qeyd olunur.

Tibb İşçilərinin peşə bayramı ərəfəsində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyun 2022 - ci il tarixdə imzaladığı müvafiq Sərəncamla səhiyyə işçiləri “Tərəqqi” medalı ilə təltif edilib. Həmçinin səhiyyə sahəsində səmərəli fəaliyyətləri olan bir qism səhiyyə işciləri “Əməkdar həkim” və  “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüb.

Səhiyyə sahəsində çalışan tibb işçilərimizin, xalqımızın sağlamlığının keşiyində duran həkimlərimizin peşə bayramını təbrik edirik!.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan