» » Məhkəmə də bu borcu əsassız hesab edib, onlar bidiyindən əl çəkmir - Yenilənib


Məhkəmə də bu borcu əsassız hesab edib, onlar bidiyindən əl çəkmir - Yenilənib

Biləsuvar şəhər sakini Ağayev Qalabəy Böyükxan oğlunun qaz pulu borcunun əsassız hesablanması məhkəmədə sübuta yetirilsə də, yenə bu borc silinmir.

“Bilesuvarinfo” ya bu haqda müraciət ünvanlayan Q. Ağayev qeyd etmişdir ki, ötən ilin sentyabırında yaşadığımız Cəlil Məmmədquluzadə küçəsinin bütün mənzillərinin qaz sayğacı yenisi ilə əvəz edilib: “Bu zaman komissiya üzvlərinin iştirakı ilə, tərtib olunmuş təmizlik aktında yaşadığımız mənzilin borcunun olmaması göstərilərək, bir nümunəsi bizə təqdim olunub. Bir müddət sonra, noyabır ayında qaz pulu ödənişi edərkən, məlum oldu ki, mənzilimizdə qazdan qanunsuz istifadə adı ilə bizə  216 manat borc hesablanıb. Heç bir əsassız, qazdan qanunsuz istifadə adı ilə dəymiş ziyan qismində hesablanan bu borcun silinməsi üçün məhkəməyə  müraciət etməli oldum.

Biləsuvar Məhkəməsində işə baxılaraq, borcun əsassız hesablandığı sübut olunduğundan, məhkəmə bu ilin 07 aprelində mənim lehimə qətnamə çıxararıb. Qətnamədə hesablanmış borcla bağlı “Azərqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 senyabr 2021-ci il tarixli , 0254801 saylı aktı ləğv edilərək,  216 manat borcun silinməsi tələb olunur.”

Q.Ağayev qeyd edir ki, ancaq məhkəmə qərarından 3 aydan artıq müddət keçməsinə baxmayaraq bu borc silinməyir. Biləsuvar rayon Qaz İstismarı Sahəsinə dəfələrlə etdiyim müraciətlər də nəticəsiz qalıb,  bu borc məndən yenə tutulur. Belə ki, hər dəfə mənzilimizdə qaz pulu ödənişi edəndə, ödənilən məbləğin yarısı həmin borcdan silinir. Baxmayaraq, məhkəmə həmin borcu əsassız hesab edib, Biləsuvar Qaz İstismarı Sahəsi yenə bildiyindən əl çəkməyib, borçu məndən tutur.

Məsəslə ilə bağlı  Biləsuvar rayon Qaz İstismarı Sahəsi ilə əlaqə saxlayıb, onların münasibətini öyrənməyə çalışacağıq.

* * * * * *
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən "Bilesuvarinfo" ya açıqlamada bildirilmişdir ki, Qalabəy Ağayevə məxsuz mənzildə qazdan istifadəyə görə   37,42 manat  borc var. Dəymiş ziyana görə yazılmış 216 manat borc isə silinib.Yəni məhkəmə hansı məbləğin silinməsini qət edibsə, həmin məbləğ silinib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan