» » Sənan Mənsimli qəbul keçirəcək - BU TARİXDƏ


Sənan Mənsimli qəbul keçirəcək - BU TARİXDƏ

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

"Bilesuvarinfo"
xəbər verir ki, Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə keçiriləcək səyyar qəbul 17 iyun 2022-ci il tarixində saat 10:00-da başlanacaq.Biləsuvar rayon sakinləri rayon Təhsil Sektoruna müraciət edərək qəbula yazıla bilərlər.

Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan