» » Məktəblərdə "Son zəng" çalındı - FOTOLAR


Məktəblərdə "Son zəng" çalındı - FOTOLAR

Biləsuvar məktəblərində 14 iyun "Son zəng" tədbirləri keçirilib. 

"Bilesuvarinfo" xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.


“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edib. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.

Həmçinin bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov biləsuvarlı məzunları “Son Zəng” Günü münasibətilə təbrik edib:

"Əziz məzunlar !
Ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” münasibətilə  sizi,  müəllimlərinizi və valideynlərinizi səmimi-qəlbdən təbrik edir, gələcək həyat yollarınızda  uğurlar arzulayıram.
İnanıram ki,  Siz bundan sonrakı fəaliyyətinizlə də valideynlərinizi və müəllimlərinizi ürəkdən sevindirərək, cəmiyyətimizə  layiqli vətəndaşlar olacaq,   öz əməlləriniz ilə Vətənimizin adını həmişə zirvələrə ucaldacaqsınız. Daim Sizin xoş soraqlarınızı eşitmək hər birimizin ən böyük arzusudur.
Unutmayın ki, Siz gənclər gələcəyin layiqli qurucularısınız. 
Bir daha “Son Zəng” Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, gələcək həyat yollarında Sizə yeni nailiyyətlər arzulayıram. Qoy "Məzun" adınız gələcək və xoşbəxt həyatınızın müjdəsi olsun".

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan