» » Yararsız boru, kəndin asfalt yolunu da yararsız edir


Yararsız boru, kəndin asfalt yolunu da yararsız edir

Aşağı Cürəli kəndinin mərkəzindən keçən avtomobil yolunun altından keçən su borusunun partlaması yolun dağılmasına, həm də suyun öz axınında ləngiməyə gətirir.

“Bilesuvarinfo” ya bu  iddia ilə müraciət edən kənd sakini Həsənov Hamil Mirzəbəy oğlu bildirir ki, bu proses iki ildir davam edir: “ Kəndin su təminatında rolu olan su həmin yerdən yolun altında yerləşdirilən burudan axır. Bu haqda kənd rəhbərliyi məlumatlı olsa da, problem hələ də aradan qaldırılmır. Yol da dağılıb, çökmə olub.”

O, bildirir ki kəndin mərkəzindən kecən asfalt yolu altından kecən hissəsindəki bu vəziyyət  kəndin su təminatına da mənfi təsir göstərir.
Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qalib Bağırovun məsələ ilə münasibətini öyrəndik. O, bildirdi ki, məsələdən xəbərdarıq. Yol altından keçən, su ötürücü qurğunun  bərpası İmişli şor kollektorları İdarəsinin səlahiyyətləri çərçivəsidə olduğundan, idarəni dəfələrlə məlumatlandırmışıq.

Anacaq idarə rəsmiləri borunun  yenisi ilə əvəzlənəcəyi ilə bağlı söz versələr də, buna əməl etmirlər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan