» » İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


Biləsuvara içməli su məhdudiyyətlə veriləcək.

Bu barədə "Biləsuvarinfo"ya "Azərsu" ASC-dən məlumat verilib.


Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Bununla əlaqədar Biləsuvar şəhərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan