» » Qəzada yaralanan sərnişin dünyasını dəyişdi


Qəzada yaralanan sərnişin dünyasını dəyişdi

Srağagün  Biləsuvarda baş verən yol - nəqliyyatı hadisəsində xəsarət alan sərnişin dünyasını dəyişib.

"Bilesuvarinfo" xəbər verir ki, qəzada müxtəlif dərəcəli xəsarətlər alan Biləsuvarın Nərimankənd sakini 1988 - cil təvəllüdlü Quluyev Yaşar Yusif oğlu ölüb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünən cərrahiyə əməliyyat olunan Y.Quluyev bu gün qəfildən dünyasını dəyişib. 
Qeyd edək ki, Biləsuvar - Bəhrəmtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində hərəkətdə olan qoşqulu traktor texniki nasazlıq səbəbəbindən yoldan çıxaraq aşmışdır. Qəzada traktorun sürüçüsü Hümbətov Niyameddin Əvəz oğlu (sözügedən kəndin sakinidir) və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılmışdır.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan