» » Voleybol üzrə rayon birinciliyi keçirilib - FOTOLAR


Voleybol üzrə rayon birinciliyi keçirilib - FOTOLAR

Voleybol üzrə rayon birinciliyi keçirilib.

"Biləsuvarinfo"
xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində 28 May Müstəqillik Gününə və Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

8 ümumtəhsil məktəb komandasından ümumilikdə 96 nəfər gəncin iştirak etdiyi yarışın finalında Nərimankənd kənd tam orta məktəbin komandası birinci, Şəhər 1 saylı ümumi orta məktəbin komandası ikinci, İnternat tipli lisey-məktəbin komandası isə üçüncü yerə layiq görüldü.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Sonda qalib komandalar Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR