» » Dövlət şəhid ailələri və müharibə əlilləri üçün əlindən gələni edir və edəcək də. Hədəf 2025-ci ilədək 11 mindən çox şəhid ailəsi və müharibə əlilini evlə təmin etməkdir.


Dövlət şəhid ailələri və müharibə əlilləri üçün əlindən gələni edir və edəcək də. Hədəf 2025-ci ilədək 11 mindən çox şəhid ailəsi və müharibə əlilini evlə təmin etməkdir.

     Vətən Müharibəsində qələbə hərbi siyasi nəticələrlə yanaşı, eyni zamanda bir sıra paralel reallıqları üzə çıxardı.  Əvvəlcə, Prezident İlham Əliyev göstərdi ki, bütün iqtisadi yüklənmələrə, artan maliyyə xərclərinə baxmayaraq dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir və edəcək. 
      Dövlət başçısı Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bir daha bəyan etdi ki, onun bu sahədəki siyasəti birmənalıdır. Yalnız bu il şəhid ailəsi və müharibə əlillərinə 3 minə yaxın mənzil veriləcək, ümumi hədəf isə  2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlilini mənzil və fərdi evlə təmin etməkdir. Əlbəttə, müharibədın çıxmış, işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işinə başlamış, üstəlik Pandemiyadan doğan iqtisadi böhranın təsirlərindən hələ tam azad olmamış bir ölkədə bu prosesi reallaşdırmaq sadə məsələ deyil. Lakin, 17 il ərzində bu qəbildən olan soydaşlarımıza 9200-ə yaxın mənzil, ötən il isə 1572 mənzilin verilməsi hədəflənən proqnozun artıqlaması ilə reallaşacağına heç bir şübhə yaratmır. Üstəlik, zəfərimizdən doğan nüfuzumuz, sülh və sabitliyin vəd etdiyi əlavə imkanların gücümüzə güc qatacağı da aydındır. 

               Bəhruz Məhərrəmov
               Milli Məclisin Deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR