» » Təşkilat sədri və əməkdaşları şəhid ailəsi ilə görüşdü


Təşkilat sədri və əməkdaşları şəhid ailəsi ilə görüşdü

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və  təşkilatın əməkdaşları şəhid ailəsini ziyarət edib.

"Bilesuvarinfo" xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları bu məqsədlə Nərimankənd kəndində olub. Onlar Vətən müharibəsi şəhidi Əbilzadə Sübhan Arif oğlunun doğum gününündə, şəhidin ailəsi ilə görüşüb.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı ailənin qayğıları ilə maraqlanılıb, valideyinlərə dərin hüzünlə başsağlığı verilib. 

Görüşdə şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, çəsur döyüçcü  Sübhan Əbilzadə  ölümündən sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR