» » Fəaliyyətimizlə etmadı doğrultmalı, içtimai-siyasi proseslərdə daima yaxından iştirak etməliyk!


Fəaliyyətimizlə etmadı doğrultmalı, içtimai-siyasi proseslərdə daima yaxından iştirak etməliyk!

YAP Biləsuvar rayon təşkilatının hesabat seçki iclasları yekunlaşıb. 

"Bilesuvarinfo" ya bu haqda YAP rayon təşkilatından məlumat verilib. Məlumatda qeyd edilir ki, 71 ərazi partiya təşkilatında baş tutan iclaslarda ümumilikdə 3000 nəfərdən çox partiya üzvü iştirak etmişdir:

- İclaslarda ərazi partiya təşkilat sədrlərinin hesabatları dinlənilmiş, görüləcək işlər, həyata keçiriləcək tədbirlər ətraflı  müzakirə olunub.Təşkilati məsələyə baxılmış, ərazi partiya təkilatlarına sədr və müavinlər seçilmişdir.
YAP rayon təşkilatının sədri və təşkilatın əməkdaşları keçirilən iclaslarda iştirak edib. Onlar partiyanın VII Qurultayından ötən müddət ərzində həyat keçirilən islahat xarakterli tədbirlər, onların əhəmiyyəti, partiyanın həyatındakı dəyişikliklər və yeniliklər, müasir çağırışlar və yeni yanaşamalar barədə ətraflı məlumat vermişlər. 

Həmçinin  iclas iştiraskçıları partiyanın rayon təşkilatının növbəti hesabat ilində görəcəyi işlər, həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumatlandırılıblar.

İclaslarda 44 günlük “Zəfər müharibəsi”ndən söz açan rayon təşkilatının təmsilçiləri bu zəfərin   tarixi əhımiyyətindən danışmışlar. Diqqətə çatdirlıb ki, hakim siyasi partiya olan Yeni Azərbaycan Partiyası cənubi Qafqazın ən böyük siyasi təşkilatı olmaqla təkcə ölkəmizdəki partiyalarla deyil, eyni zamanda ayrı-ayrı ölkələrin  partiyaları ilə əməkdaşlıq edir və beynəlxalq arenada öz sözünü deyir.  

Qurucusu Ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının bu gün daha da möhkəmlənməsi istiqamətində  həyata keçirilən siyasət və ideologiya həm də partiya fəaliyyətinin strateji əhəmiyyətindən, ölkəmizin gələcək inkişafına verəcəyi yeni-yeni töhvələrdən xəbər verir. 

Yeni Azərbaycan Partiyasının sədri, Respublikamızım Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeniliklər hər bir partiya üzvündən fəallıq, partiyanın işində daha  yaxından iştirak tələb edir. Partiya rəhbərliyinin həyata keçirdiyi təşkilati tədbirlər partiyanın hər bir üzvünün daha əzmlə fəaliyyət göstərmələrinə stimul verir. Odur ki, biz bütün fəaliyyətimizlə etmadı doğrultmalı, içtimai-siyasi proseslərdə daima yaxından iştirak edərək, sakinlərə mümkün dəstəyimizi əsirgəməməliyik.

Fikirimizi cənab Prezident İlham Əliyevin Partiyamızın sonuncu qurultayında səsləndirdiyi bu müdrük fikirləri ilə tamamlayırıq:

"Müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.

Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.. ."

Bu yolda YAP Biləsuvar rayon təşkilatına, həmfikirlərimizə yeni - yeni uğurlar, nailliyyətlər  arzulayırıq.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR