» » Biləsuvar Peşə Liseyinin komandası yarışda birinci oldu


Biləsuvar Peşə Liseyinin komandası yarışda birinci oldu

 Biləsuvar rayonunda voleybol üzrə rayon birinciliyi keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki,  “İdman həftəsi” çərçivəsində yarış Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mərkəzi Parkında keçirilib.

6 komandanın iştirakı ilə keçirilən turnirin yekun nəticələrinə görə Biləsuvar Peşə Liseyinin komandası I yerə, İnternat tipli lisey-məktəbin komandası II yerə, Şəhər 4 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb. 

Qaliblər Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri ilə mükafatlandırılıb. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və hüquq-mühafizə orqanlarının rəhbərləri qalib komandaları təbrik edib, gənclərə davamlı uğurlar arzuladılar.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd 5 Mart Bədən Tərbiyəsi və İdman Gününün qeyd edilməsi, gənclərin asudə vaxtını sağlam-səmərəli keçirməsi və voleybol idman növünə marağın artırılmasıdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan