» » Sözünə əməl edib yarışa qatıldı, qələbə ilə də geri qayıtdı


Sözünə əməl edib yarışa qatıldı, qələbə ilə də geri qayıtdı

Bir müddət öncə,  “Zəfər” döyüş klubunun rəhbəri  Zəfər  Kazımov sosial şəbəkədə açıqlamasında qeyd etmişdir ki, klub rəhbəri kimi özüm yarışlara qatılacam. Və gənclərimizə sübut edəcəyəm ki, idmanda qələbə qazanmaq heç zaman gec deyil.

Bununla  məqsədim, idmandan uzaq düşən idmançı gəncləri idmana qaytarmaq və idmanın hər yaşda insana müsbət təsirini göstərmək istəyirəm – demişdir.
“Bilesuvarinfo” xəbər verir ki,  Zəfər  Kazımov bu fikirləri söylərkən hazırlaşdığı, usta cüdoçular arasında Bakı şəhərində keçiriləcək Azərbaycan çempionatından qələbə əldə edərək, 60 kq çəkidə 2 yerin qalibi olub.

 Qeyd edək ki, Biləsuvar rayon Bəydili kənd sakini Kazımov Zəfər Hüseyin oğlu 1980 ci il təvəllüdlüdür. Ali təhsilli idman müəllimi, ixtisası boksçudur. Gənc yaşlarından çoxsaylı idman yarışlarının qalibi olub. Sonuncu dəfə, idman yarışında 2003-ci ildə iştirak edib. 

O, 2019 - cu ildən Biləsuvarda fəaliyyət göstərən “Zəfər” döyüş klubunun direktoru və eyni zamanda boks və universal döyüş növləri üzrə məşqçi müəllimi kimi çalışır. Rayonda idmanın inkişafında çalışır ki, yaxından iştirak etsin. Cüdo, boks, sərbəst güləş və universal döyüş növlərinində gənclərimizin daha sağlam və güclü, vətənpərvər yetişməsinə təkan verir.

Z.Kazımov saytmıza açıqlamasında, gənclərin idmana marağının artırılmasında və onların zərərli vərdişlərdən uzaq olması üçün Biləsuvar ziyalıları, iş adamları və nüfuzlu şəxslərindən dəstək də istəmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan