» » Bəydili və Xırmandalı kəndlərini yeni körpü birləşdirəcək


Bəydili və Xırmandalı kəndlərini yeni körpü birləşdirəcək

Biləsuvar rayonunda iki körpünün tikintisinə başlanılıb.

"Bilesuvarinfo" xəbər verir ki, rayonun Bəydili kəndində bu gündən tikntisinə başlanılan yeni körpülər xüsusi əhəmiyyətə malikdir.

Belə ki, kənd ərazində istismara yararsız olan körpünün yerində və digər istiqamətdə yeni körpülər tikilib, istifadəyə veriləcək. Bununla, qonşu Xırmandalı kəndinə  və magistral yola həm  çıxış xeyli yaxınlaşacaq, həm də  təhlükəsiz olacaq. Həmin kəndlərdə ümumilikdə yaşayan 20 min  nəfərə yaxın  əhali bu körpüdən yararlanacaq.

Qeyd edək ki, "Azəraftoyol" ASC tərəfindən  kəndin mərkəzində yenilənən körpünün uzunluğu 12 mt, eni 9 mt. olacaq. Kəndləri birləşdirəçək yeni körpü isə 25 mt. uzunluğunda,  9 mt. enində olacaq. 

"Biləsuvar Betonzavad"un da yaxından iştirak etdiyi tikinti işləri normalara ciddi əməl olunmaqla həyata keçirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR