» » Xocalı faciəsi qurbanları anılaraq, 613 ağac əkilib


Xocalı faciəsi qurbanları anılaraq, 613 ağac əkilib

Biləsuvar rayonunda Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilib.
"Bilesuvarinfo" xəbər verir ki, faciə qurbanlarını ildönümü ilə əlaqədar rayon rəhbərliyi  və  ictimaiyyətinin nümayəndələri Mərkəzi Parkda yerləşən  “Ana” abidəsi ziyarət ediblər. 
Daha sonra, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının , idarə, müəssisə və təşkilatların rəhbərləri  və kollektivlərinin iştirakı ilə Mərkəzi Parkda və Rayon Mərkəzi Xəstəxanasının həyətində  simvolik olaraq 613 ədəd ağac əkilib
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan