» » Məqsədim idmandan uzaq düşən gəncləri idmana gətirməkdir


Məqsədim idmandan uzaq düşən gəncləri idmana gətirməkdir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmova və Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyevə kulubumuzun bütün heyyəti adından təşəkkürümü bildirirəm.

“Bilesuvarinfo” xəbər verir ki, “Zəfər” döyüş klubunun rəhbəri  Zəfər  Kazımov fəaliyyətlərində göstərilən dəstəyə görə deputata və idarə rəisinə minnəttdarlığını sosial şəbəkədə ifadə edib. 

O, qeyd etmişdir ki, rayonda idmanın inkişafında çalışırıq yaxından iştirak edək. Cüdo, boks, sərbəst güləş və universal döyüş növlərinində gənclərimizin daha sağlam və güclü, vətənpərvər yetişməsinə təkan veririk: “Mən klubun rəhbəri olaraq, özüm  27-28 fevral tarixində usta cüdoçular arasında keçiriləcək Azərbaycan çempionatına hazırlaşıram. İnşəllah Biləsuvara qələbə ilə dönərəm, bu addımı atmaqda məqsədim  idmandan uzaq düşən idmançı gəncləri yenidən idmana qaytarmaq və idmanın hər bir yaşda insana müsbət təsirini göstərməkdir.

Yeniyetmə və gənclərimizdə idmana marağı artırmaq istəyirik. Onları zərərli vərdişlərdən qorumağa çalışırıq, bütün Biləsuvar ziyalılarını, iş adamlarını və nüfuzlu şəxsləri bizə dəstək olmağa çağırıram .”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR