» » “Oğurlanmış talehlər ” Biləsuvarda tamaşaya qoyuldu


“Oğurlanmış talehlər ” Biləsuvarda tamaşaya qoyuldu

Biləsuvar rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar mədəniyyət işcilərinin  tədbiri keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, rayond Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edilər.
Tədbirin əvvəlində Biləsuvar Rəsm Qalereyasının rəssamlarının və məktəblilərin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi. Sonra, soyqırıma həsr olunan "Oğurlanmış talelər" tamaşası vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutdan sonra  nümayiş olundu.

Ssenarisi tanınmış yazıçı-publisist Nürəddin Əbiloğlu, quruluşcu rejisoru Masallı Xalq Teatırının rejisoru Camaləddin Əliyev olan "Oğurlanmış talelər" tamaşası maraqla qarşılanmışdır. Tamaşa Masallı dövlət Regional Kollecinin və Masallı Xalq dövlət Teatırının, həmçinin Biləsuvar teatırının birgə aktyor truppası tərəfindən böyük ustalıqla təqdim olunub. 

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Xocalı faciəsinin tarixindən, Azərbaycan xalqının əzmindən, yenilməzliyindən bəhs etdi: “Xocalı faciəsi bəşər tarixi boyunca insan hüquqlarının pozulmasının ən ağır nümunələrindən biridir. Xalqımıza qarşı törədilmiş bu cinayət bir gün belə unudulmamış və unudulmayacaq.”

Qeyd edək ki, mədəni tədbir Mədəniyyət və Turizim Nazirliyinin  Biləsuvar və Masallı rayonlarında fəaliyyət göstərən regional mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə keçirilib. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan