» » Buxarlanan qanlar, Xocalı...


Buxarlanan qanlar, Xocalı...

Həmyerlimiz, Biləsuvar rayonunun Bəydili kəndindən olan Miribrahim Xəlil Ullah Mirtahızadə hazırda Misir Ərəb Respublikasında təhsil alır və fəaliyyət göstərir., Misir – Azərbaycan Dostluq Cəmiyyətininin üzvü, diaspora fəaliyyəti ilə məşğuldur. O,bütün fəaliyyətində doğma vətəninin tərənnümünə çalışır. Həmçinin yaşadığı ölkədə xalqımıza qarşı tarix boyu ermənilərin həyata keçirdiyi düşmənçilik siyasətini faktların dili ilə göstərməyə çalışır. Bu günlərdə Xacalı faciəsi ilə bağlı qələmə aldığı yazısı da yayımlanıb.  “Bilesuvarinfo” olaraq həmin yazını təqdim edirik. 

Bu yazımı müsəlman qardaşlarım ərəblərə, illər öncə müsəlmanlara nə zülmlər edildiyi haqqında az da olsa məlumat verə bilmək üçün yazıram.

Hazırda dünyanın hansısa bir nöqtəsində internet vasitəsilə baş verən hadisələr barədə anında xəbər tuta bilirik. Ən azından, hər hansı ədalətsizliyə internet portallarında etirazlarımızı bildirir və başqaları ilə bunu asanlıqla paylaşırıq. Amma zamanın bir az irəlisinə qayıdaq, evlərində Allaha təvəkkül edib yaşayan sadə, sülhsevər insanların bir gecədə qətl edilməsinə nəzər salaq. Bir Azərbaycanlı olaraq bunu yazmaq mənim üçün o qədər də asan deyil, çünki bu acıları çəkən insanların içində böyümüşəm və inanıram ki sizlər də bu hadisələri oxuduqca bədəninizdə tükləriniz tikən olacaq və hər biriniz müsəlman qardaşlarınızın müsibətlərinə biganə qalmayıb, şəhidlərimizin ruhunu bir fatihə ilə yad edəcəksiniz...

Xocalı Azərbaycanın Qarabağ adlanan ərazisində yerləşən dağlar şəhəridir, yayın istisində belə uca dağlarının başında qar görmək mümkündür, qışda hava çox soyuq və büluğ insanın sinsəinə qədər çatacaq qar yağır.
1992 - ci ilin fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi( Xocalıya yaxın şəhər) şəhərində yerləşmiş, keçmiş SSR-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. İlk öncə şəhər hər yandan mühasirəyə alınmış, sonra isə hər tərəfdən ağır silahlarla və tanklarla atəşə tutulmuşdur. Əliyalın xocalılılar şəhərin müdafisəində tankların və ağır silahların önündə nə qədər qala bilərdi ki.. . Qadınları, uşaqları və qocaları dağlara, meşələrə qaçmalarına yardım edən şəhərin müdafiəçilər sonuna qədər döyüşmüş, mühasirəyə alındıqlarını gördükdə əllərində qalan son patronlarını özlərinə atmışlar.  Qısa zamanda şəhər yandırılaraq viran edilib: qarlı və şaxtalı dağlarda, meşələrdə əlacsız qalan sakinlərə qarşı  əsl faciə, vandalizm hadisəsi törədilmişdir.

Xocalı - o gündür ki, orada kiçik qız uşaqlarına düşmən əsgəri təcavüz etmişdir.  Xocalı - o gündür ki, ərin əllərini bağlayıb qızına və arvadına gözü önündə təcavüz etmişlər. Xocalı - o gündür ki,  Azərbaycanlı neçə dəqiqə içərisində ölür - adlı təcrübə keçirmək üçün 12 yaşlı qızı saçlarından asaraq ayağından başına qədər dərisini soymuşlar. Xocalı - o gündür ki, dağda gizlənən balaca uşaqlı ana erməni əsgərlərinin səsini uzaqdan eşidib onların yerini bilməsinlər deyə, ağlayan uşağının ağzına öz əlini basaraq uşağın sakit qalmasına çalışarkən, uşaq ölmüşdür. Xocalı - o gündür ki, hamilə qadınların qarınlarından süngü ilə cəninləri çıxarılmışdır və 9 yaşlı qız uşağı itlərə yem edilib.

Həmin gün şəhəri müdafiəsinə qalxan gənclərin başını vəhşi erməni əsgərləri digər Azərbaycanlı əsrlərin gözləri önündə  kəsib, isti qanlarının soyuq havada buxarlanmasından zövq alıb, cəsədlər üstündə rəqslər etmişlər. Bu  gənclərin bəziləri analarının gözləri qarşısında şəhid edilib. 

Bütün bunlar Xocalı faciəsini tarixin ən qanlı səhifəsi edən hadisələrdir və bu əməllər Azərbaycanlılara, xüsusən silahsız insanlara qarşı Xocalıdan da sonra təkrar edilmişdir. Bu müsibətləri qəlblərində zərrəcə mərhəmət olmayan mütəşəkkil erməni dəstələri həyata keçirmişlər. Ancaq 2020-ci ilin sonlarında Azərbaycanla Ermənistan arasında baş verən müharibədə Azərbaycanın Müzəffər ordusunun əsir düşmüş Erməni mülki vətəndaşlara münasibətilə müharibə ədəbini bütün dünyaya bir daha sübut etdi. Erməni ordusunun qoyub qaçdığı qadınları, uşaqları, hətta bir zaman Xocalıda qətliam törətmiş yaşlılarını əsir alınmalarına baxmayaraq onlara ilk yardımlar göstərilib daha sonra isə Ermənistana təhfil verilən bu əsrlərin sayı yüzlərlə idi. Ümid edirik ki, Erməni xalqı və ordusu bizim insan sevərliyimiz qarşısında bir dərs almışlar və sonda Xocalı qətliamından sağ qalan və 192 saat əsirlikdə qalan  20 yaşlı bir sakinin dilindən olan sözləri sizlərə təqdim edirəm :

- Həmin gün sanki hava belə bizə bir şeylərdən xəbər veirdi, göy üzünü qara buludlar həbs etmiş, nə külək əsir nə də bir rəfahiyyət vardı, sanki bizə deyirdi bu gecə sizin son gecəniz olacaqdır, hava qaralana yaxın evimiz anidən güclü şəkildə sirkələndi, evin şüşələri qırılaraq yerə töküldü. Qorxaraq evdən çölə atıldıq, qonşumuz anidən gələrək hava limanı ermənilər tərəfindən alınıb, xəbəriniz yoxdur sizin?. – dedi. O, bu xəbəri deməsi ilə, böyüklü, kiçikli hər kəs Qarqar deyilən çayın körpüsünün yanına axışdıq. 

Hava soyuq, qar ətəyə çatır, körpələrin acından, susundan ağlayırdı, onların sayı 50-dən yuxarı idi. Gecə boyunca yola davam edirdik, soyuqdan don vuranların sayı çoxaldıqca, belələrini  daşımaq da ağırlaşırdı. Bunun üçün də ailə üzvləridə onları tərk etməyib yanlarında qalırdılar, hər kəs öz fəryadında, öz harayında idi. Səhər açılmağa başlamışdı, ermənilər zirehli texnikalarla bizi mühasirəyə salıb, insanları öldürməyə başladı. Əsir aldıqlar yüzlərlə sakinlərin arasında olan mən və qardaşlarımı ac və susuz zirzəmidə günlərlə saxlayıb, döydülər. Bir müddət sonra isə əsirləri pul qarşılığında dəyişdilər.

Xocalı qurbanları; 613 nəfər amansızlıqla qətlə yetrilmiş, 1275 nəfər girov götrülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetrilənlərdən 63 nəfər uşaq, 106  nəfər qadın, 70 nəfər isə qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan