» » Hesabat - seçki yığıncaqları davam edir


Hesabat - seçki yığıncaqları davam edir

Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının ərazi partiya təşkilatında hesabat - seçki yığıncaqları keçirilir.
“Bilesuvrinfo” xəbər verir ki, növbəti tədbir bu gün 27, 23 və 33 saylı şəhər ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirildi. Yığıncaqlarda gündəlikdə duran məsələ - ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və  ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur. 
Tədbirlər öncəsi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatı sədrlərinin hesabatı dinlənilmiş, təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Hesabat dövründə görülən işlər geniş müzakirə olunaraq, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Partiyanın sözügedən ərazi təşkilatların sədr və müvinləri seçilib. Müvafiq olaraq, sədr və müavinlər 27 şəhər ərazi təşkilatına Heydər Qəhrəmanov,  Niyaz Məmmədov, 23 saylı şəhər ərazi partiya təşkilatına Firəngiz Həbibova, Sevda Babayeva və 33 saylı şəhər ərazi partiya təşkilatınına Xalid Əliyev, Surxay Şahbazov seçilib.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. O, qeyd etmidir ki Partiyanın VII Qurultayında qəbul olunmuş nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratmışdır: “ Odur ki, biz səylərimizi artrmalı, içtimai – siyasi fəaliyyətimizdə dövlətçiliyimizin daha da möhkəmləndirilməsində öz töhfələrimizi verməliyik. İçtimaiyyəti düşündürən, onları narahat edən məsəslələri də təhlil edib, aidiyyəti üzrə həllinə də nail olmalıq ki, bəzi qüvvələr bundan öz maraqları uğurunda istifadə eməsin.” 
 K. Qurbanlı ötən hesabat dövrü ərzində ərazi təşkilatlarının fəaliyyəti ilə baglı fikirlərini bölüşdü. Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan