» » » Vətən Müharibəsi Qəhrəmanı şəhid dostunun ad günündə


Vətən Müharibəsi Qəhrəmanı şəhid dostunun ad günündə

Bu gün Vətən müharibəsinin kəşfiyyatçı şəhidi Sehran Vəliyevin anadan olduğu gündür.

“Bilesuvarinfo” xəbər verir ki, şəhidimizin doğum günü Biləsuvar rayonunda qeyd olunub. Rayon içitimaiyyətinin nümayəndələri şəhidin anadan olduğu Nəsimi kəndində ata oçağı və kənd qəbiristanlığında məzarı  ziyarət olunmuşdur.
 Ziyarərətə gələnlərdən, şəhidimizin xidmət etdiyi hərbi hissənin bölük komandiri   Camal Qasımov, qazi, baş leytenant Nizami Xəlilli və Vətən Müharibəsi Qəhrəmanı, qazi Cavid Behbudov silahdaşlarının döyüşlərdə göstərdiyi şücayətlərdən  söz açıblar. Qeyd olunmuşdur ki, Sehran orduda nümunəvi xidməti ilə peşəkar hərbici kimi ad çıxarmışdı. O, müharibə başlayan ilk gündən kəşfiyyat taqımının komandiri kimi düşmənə sarsıdıcı zərbər vurdu, tabeliyində olan şəxsi heyyət onun qəhrəmanlığından ruhlanırdı.

Qeyd edək ki, Sehran Nizami oğlu Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Sehran yaşadığı Nəsimikənd kəndində orta məktəbi başa vurub. Sonra Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyini 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib.

İdmançı olan Sehran Vəliyev kikboksinq idman növü ilə məktəbdə oxuyarkən məşğul olmağa başlayıb. Hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib, idman dərəcələri olub.

Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb. 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilərək, ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb. O, Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) 27 "fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qurup komandiri" kursunu bitirib. N saylı hərbi hissənin kəşfiyyat manqasının üç il komandiri işlədikdən sonra, əldə etdiyi nailiyyətlərə görə onu kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin ediblər.

27 sentyabr 2020-ci il Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
 
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sehran Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi, 3 övladı Vətənə əmanət qaldı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR