» » Qabil Xammədovu sədr seçdilər


Qabil Xammədovu sədr seçdilər

Yeni Azərbaycan Partiyasının (YAP) ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncağı keçirilir.
"Bilesuvarinfo" xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının  növbəti  hesabat yığıncağı  40 saylı şəhər ərazi partiya təşkilatında keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda ərazi partiya təşkilatı sədrinin hesabatı dinlənilib. Görülən işlər geniş müzakirə edilərək, qarşıda duran vəzifələr dəmüəyyənləşdirilib.  Gündəlikdə duran digər məsələ - ərazi partiya təşkilatının sədri Qabil Xammədov və sədr müavini isə İradə Məmmədova seçilmişdir.
     
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, partiyanın proqram və nizamnaməsinin tələblərindən geniş bəhs etdi.Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və  tövsiyyələrini verdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR